Məqalələr

  • Bu il Azərbaycanda 73 avtomobil oğurlanıb

    DYP-nin qeydiyyat-imtahan hissələrində axtarışda olan 4 şəxs və 2 avtomobil saxlanılıb Ardını oxu

  • Qeyri-neft sektoru prioritet sahədir

    Azərbaycanın güclü iqtisadiyyatı, maliyyə imkanları, güclü intellektual potensialı var Ardını oxu

  • Rüşvət alan daha bir yol polisinin videosu yayıldı

    Videoda əks olunan yol polisi maşınının dövlət nömrə nişanı YPX 365-dir Facebook sosial şəbəkəsində yol polisinin rüşvət alması ilə bağlı yeni video paylaşılıb. Videodan görünür ki, yol polisi sürücünü saxlayıb. O, sürücüdən pul alaraq cibinə qoyur. Videoda əks olunan yol polisi maşınının dövlət nömrə nişanı YPX 365-dir. Ən qəribəsi isə odur ki, maşının üstündəki nömrə ondan fərqli olaraq 548-dir. Halbuki yol polisi maşınlarında bütün nömrələr eyni olur. Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev ANS press-ə bildirib ki, bu barədə hələlik onlarda məlum yoxdur. Onun sözlərinə görə, hələ həmin video ilə tanış olmayıb. Lakin istənilən halda bu qanun pozuntusudur. “Ola bilər həmin video çoxdan çəkilib və həmin əməkdaşımız işdən çıxarılıb. Bəlkə də, təzə çəkilib. Dediyiniz məsələni araşdırarıq”, - deyə K.Əliyev vurğulayıb. Rəisin sözlərinə görə, hazırda Azərbaycanda yol polisi sürücülərdən cəriməni nağd şəkildə ala bilməz. Bu qanunla yolverilməzdir. Əgər hansısa yol polisi vətəndaşdan pul alırsa, həmin şəxs idarəyə mütləq bildirsin. Dərhal rüşvət alan yol polisi cəzalandırılacaq. Ardını oxu

  • Bulvarda faciə-Qatar gənc qızı vurdu

    Xəsarət alan qızın vəziyyəti olduqca ağırdır Dənizkənarı Milli Parkda (Bulvar) ehtiyatsızlıq üzündən bədbəxt hadisə baş verib. Bir neçə dəqiqə bundan əvvəl bulvarda gəzinti qatarı 20-25 yaşlı qızı vurub. Aznews.az-ın hadisə yerində olan əməkdaşının bildirdiyinə görə, ağır bədən xəsarətləri alan qızın vəziyyəti olduqca ağırdır. Hazırda ona ilkin tibbi yardım göstərilməsi üçün hadisə yerinə təcili yardım çağırılıb. Məsələ ilə bağlı əlavə məlumat verməyə çalışacağıq. Ardını oxu

Maşın traktorla toqquşdu: ölən var

Maşın traktorla toqquşdu: ölən var

İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib Ötən gün İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. ANS press-in verdiyi məlumata görə, hadisə ötən gün saat 18 radələrində Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu Rəsullu kəndindən keçən hissəsində qeydə alınıb. İmişli rayon sakini Elman Cümşüd oğlu Əliyevin idarə etdiyi “VAZ-2107” markalı, 27 BH 332 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən qarşı tərəfdə hrəkət edən Vidadi Əliyevin idarə etdiyi traktorun ot bağlayan qoşqusuna çırpılıb. Qəza zamanı minik avtomobolinin sürücüsü hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Ardını oxu

Bakıda mikroavtobus yandı

Bakıda mikroavtobus yandı

Yanğın “Ford” markalı mikroavtobusun sürücü kabinəsinin yaranıb Bakının Yasamal rayonunda güclü yanğın hadisəsi baş verib. Ucnoqta.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, rayon ərazisində mikroavtobus yanıb. Yanğın “Ford” markalı mikroavtobusun sürücü kabinəsinin başlayıb. Dərhal hadisə yerinə yanğınsündürənlər cəlb olunub. Mikroavtobusun salonu yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə nəticəsində xəsarət alan barədə məlumat verilmir. Hadisənin nə səbəbdən bşa verdiyi araşdırılır. Ardını oxu

Havanın temperaturu artır

Havanın temperaturu artır

Normal hava şəraiti meteohəssas insanlar üçün də əlverişli olacaq Ardını oxu

Azərbaycan qırıcıları erməniləri qorxuya saldı

Azərbaycan qırıcıları erməniləri qorxuya saldı

Erməni KİV Hərbi Hava Qüvvələrimizə məxsus təyyarələrin uçuşundan yazıb Ardını oxu

Top