Məqalələr

  • Ramil Usubov 24 nəfəri polisə işə götürdü

    Daxili işlər naziri vətəndaşları qəbul edib Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov aprelin 26-da Göyçay Rayon Polis Şöbəsində polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib. Bu barədə avtosfer.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Qəbulda Göyçay, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Mingəçevir, Ucar, Kürdəmir, Ağdaş rayonlarından olan sakinlər, eyni zamanda, bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər. Vətəndaşları şəxsən dinləyən nazir onları narahat edən problemlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün qəbulda iştirak edən aidiyyatı Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin  böyük əksəriyyəti yerindəcə öz həllini  tapıb, polis fəaliyyətinə aid olmayanların  aidiyyatı üzrə digər dövlət orqanlarına göndəriləcəyi diqqətə çatdırılıb. Kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq,  sözügedən bölgələrdə yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində işləmək  arzusunda olan 80 nəfər də qəbulda iştirak edib. Ramil Usubov onların arasından xidmətə daha yararlı və hazırlıqlı olan 24 gənci seçərək sənədlərinin hazırlanması üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq göstəriş verib. Ardını oxu

  • Daha avtomobil yumağa ehtiyac qalmayacaq

    Sürücülərə şad xəbər: avtomobil sənayesində inqilabi yenilik edilib Ardını oxu

  • Bakıda maşını vurulan sürücünü bu yolla şərlədilər – DİQQƏTLİ OLUN!

    Qəza baş verdikdən sonra qarşı tərəfdən maşının «texpasportu»nu alan Kamil Əzizov sonda həm xərcə düşüb, həm də… Ardını oxu

  • «avtosfer.az» saytının təqdimatı keçirilib

    «Peşəkar sürücü; yol hərəkətində hüquq və vəzifələr» adlı layihədə sürücülər maarifləndirir Ardını oxu

«Avtoş» taksi sürücüsü jurnalistin maşınını vurub qaçdı

«Avtoş» taksi sürücüsü jurnalistin maşınını vurub qaçdı

Üzərində taksi nişanı olan «Hundai» Babək prospektində başqa bir avtomobillə yarışarkən qəza törədib BakınınXətairayonundayolnəqliyyathadisəsibaş verib. “Yeni Müsavat” qəzetini reportyoru Fərahim İlqaroğlu idarə etdiyi avtomobillə qəzaya uğrayıb. Babək prospekti ilə şəhər mərkəzi istiqamətində hərəkət edən F.İlqaroğlunun idarə etdiyi “99 FJ 293” dövlət nömrə nişanlı “Chevrolet Aveo” markalı avtomobili, həmin istiqamətdə sürətlə hərəkət edən “90 SP 847” nömrəli “Hundai Elentra” vuraraq qaçıb. Qəzada xəsarət alan olmasa da,  jurnalistin  maşınına ziyan dəyib. Jurnalist  dərhal hadisə barədə polisə məlumat verib. Hadisə yerinə gələn Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları qəza törədərək qaçan sürücünün müəyyən olunması üçün F.İlqaroğlunu aprelin 24-də Xətai Rayon Yol Polisi Şöbəsinə dəvət ediblər. Jurnalistin avtomobilində olan videoqeydiyyatçı qəza törədərək hadisə yerindən qaçan maşını qeydə alıb. Həmin görüntüləri təqdim edirik. Açıq-aydın görünür ki, üzərində taksi nişanı olan «Hundai» markalı nəqliyyat vasitəsi sürətlə hərəkət edir və başqa bir avtomobillə yarışır. Üstəlik, o, qayda pozaraq sağdan sola ötmə əməliyyatı aparmağa çalışır ki, bu da uğursuz nəticələnir və qaza baş verir. Ümumiyyətlə, son vaxtlar avtomobilin üzərinə taksi nişanı qoyub «avtoş»luq edənlərin sayı artıb. Ardını oxu

Bakıda səkilərin hündür qoyulmasının sirri açıldı – RƏSMİ AÇIQLAMA

Bakıda səkilərin hündür qoyulmasının sirri açıldı – RƏSMİ AÇIQLAMA

Cavid Qurbanov: «Bordürləri hündür qoyuruq ki, sürücələr maşını səkilərdə saxlamasın» Ardını oxu

Deputatın «avtoş» oğlu ilə bağlı daha bir yalanı üzə çıxdı

Deputatın «avtoş» oğlu ilə bağlı daha bir yalanı üzə çıxdı

Aeroport yolunda avtoşluq edən maşınlar Ziya Məmmədovun oğlunun toyunda da var idi Ardını oxu

Top