Məqalələr

  • Nömrəni qanunsuz yolla başqa avtomobilə vurmağın cəzası nədir?

    Belə əməllər daha çox kriminal niyyətlə törədilir Ardını oxu

  • Gəncədə zəncirvari qəza: 4 yaralı

    Su daşıyan yük maşın “Niva” markalı avtomobillə toqquşub Gəncə şəhərində zəncirvarı yol-nəqliyyat qəzası baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün günorta saatlarında şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb. Yolla hərəkətdə olan "Qazel" markalı su daşıyan yük maşın “Niva” markalı avtomobillə toqquşub. İdarəetməni itirən yük maşını daha sonra yol kənarında dayanan “VAZ-2106” markalı avtomobilə, sonra isə ağaca çırpılıb. Baş vermiş avtoqəzada 4 nəfər, 27 yaşlı Mətləb Abbasov, 26 yaşlı Hafiz Rəhimov, 32 yaşlı İlqar Həsənov və onun qardaşı 27 yaşlı İntiqam müxtəlif xəsarətlər alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, onların vəziyyətləri orta-ağırdır. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Ardını oxu

  • “Mercedes” ağaca çırpıldı, sürücü xəsarət aldı

    Hadisə nəticəsində sürücü müxtəlif bədən xəsarətləri alıb Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Mingəçevir şəhərində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində sürücü müxtəlif bədən xəsarətləri alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər müxtəlif kəsici alət və avadanlıqlardan istifadə etməklə, deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünü çıxararaq Təcili Tibbi Yardım Stansiyasına göndəriblər. Ardını oxu

  • Bakı-Sumqayıt yolu da bağlanır

    Yolun 6-cı kilometrindən 11-ci kilometrinə qədər olan hissəsində hərəkət qismən məhdudlaşdırılacaq Bu gün axşam Bakı-Sumqayıt yolu qismən bağlanacaq. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Cars-az-a verilən məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Bakı-Sumqayıt yolunun 6-cı kilometrindən 11-ci kilometrinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Sürücülərdən bunu nəzərə almaları tövsiyə olunur. Ardını oxu

Sürücülərin nəzərinə; Ağsu aşırımı bağlanır

Sürücülərin nəzərinə; Ağsu aşırımı bağlanır

Uzunluğu 14 kilometr olan Ağsu dolaylarında təmir işlərinə nə zaman başlanacağı isə hələlik bəlli deyil Ardını oxu

Top