04.11.2015
Avtoxəbər
Bakı-Sumqayıt yolu da bağlanır
Bu gün axşam Bakı-Sumqayıt yolu qismən bağlanacaq. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Cars-az-a verilən məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Bakı-Sumqayıt yolunun 6-cı kilometrindən 11-ci kilometrinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Sürücülərdən bunu nəzərə almaları tövsiyə olunur.