-
«Son zəng» günü məzunlar qəzaya düşdü- 3 ölü, 8 yaralı
Xəsarət alanların vəziyyəti ağırdır Bu gün Ağdaş-Qaravəlli yolunda Ləkiyə yaxın ərazidə dəhşətli qəza baş verib. Ağdaş Rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, məzunlar olan mikroavtobusla "Sachman" markalı yük maşını toqquşub. Qəzada 3 nəfərin öldüyü bildirilir. 8 nəfər isə ağır xəsarət alıb. Yevlax rayon xəstəxanasından verilən məlumata görə, xəsarət alanların vəziyyəti ağırdır. Ardını oxu
-
Bakı Dairəvi yolu tam bağlanıb
Yolun bağlanması nəzərdə tutulmasa da, bu addım məcburən atılıb Ardını oxu
-
Gələn ay qeyri-iş günlərinin sayı açıqlandı
İyunun 16-sı da qeyri-iş günü hesab olunacaq Azərbaycanda iyunda 2 gün qeyri-iş günü olacaq. Lent.az xəbər verir ki, buna səbəb gələn ay ölkəmizdə Milli Qurtuluş Günü və Silahlı Qüvvələr Gününün bayram günü kimi qeyd edilməsidir. İyunun 15-i (Milli Qurtuluş Günü) bazar gününə düşdüyündən iyunun 16-sı da (bazar ertəsi günü) qeyri-iş günü hesab olunacaq. Silahlı Qüvvələr Günü (26 iyun) isə həftənin dördüncü gününə təsadüf edəcək. Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur. Ardını oxu
-
Yol verməyən sürücü qəza törətdi
Binəqədi rayonu ərazisində baş vermiş yol qəzasında iki avtomobil toqquşub Bakının Binəqədi rayonu ərazisində baş vermiş yol qəzasında iki avtomobil toqquşub. Pərvin Əzimovun idarə etdiyi “İnfiniti” markalı nəqliyyat vasitəsi 22-ci Dağlı küçəsindən, Ziya Bünyadov prospekti istiqamətində hərəkət edirmiş. Keçmiş Karl Marks dairəsində onun avtomaşını Cəmil Quliyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Həmin vaxt “Jiquli” də Ziya Bünyadov prospektilə metronun “20 yanvar” stansiyası istiqamətində hərəkətdəymiş. Avtoqəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib. İlkin ehtimala görə, qəzaya “İnfiniti” markalı avtomobilin sürücüsü Pərvin Əzimovun yol hərəkəti qaydalarını kobud şəkildə pozması səbəb olub. 22-ci Dağlı küçəsindən, Ziya Bünyadov prospektinə çıxan sürücü, prospektlə hərəkətdə olan “VAZ-2107” markalı avtomobilə yol verməyib və hərəkətinə davam edib. Halbuki həmin ünvanda yol ver nişanı da quraşdırılıb. Faktla bağlı araşdırma aparılır. ANS Ardını oxu
Yük maşını çaya aşdı, sürücü öldü
Avtomobildə olan Əlizadə Anarı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib Astara rayonunda yük maşını çaya aşıb. Astara rayon Yol Polisi Şöbəsindən verilən məlumatan görə, hadisə ötən gecə rayonun Hamoşam kəndi ərazisisində qeydə alınıb. “QAZ-66” markalı avtomobil çaya aşıb. Hadisə nəticəsində yük avtomobilinin sürücüsü, 1957-ci il təvəllüdlü Rəşidov Malik Calal oğlu hadisə yerindəcə dünasını dəyişib. Avtomobildə olan Əlizadə Anar Vaqif oğlu isə qəza zamanı ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Yük avtomobilinin həddindən artıq otla yüklənməsi qəzanın baş verməsinə səbəb kimi göstərilir. Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır. Ardını oxu
Sürücü DYP-ni saymadı, polis də nazirliyi aldatdı – FOTOLAR
Beton qarışdıran maşın yolda qəza şəraiti yaradır, DYP isə baxıb gedir Ardını oxu
Polis işləmək istəyənlərin diqqətinə; Ramil Usubov qəbul keçirəcək
Boyu 180 santimetrdən aşağı olan vətəndaşların işlə təmin olunmaları ilə əlaqədar müraciətlərinə baxılmayacaq Ardını oxu
DİQQƏT: Bakıda nömrə oğrusu peyda olub
DYP əməliyyat keçirdi: nömrə oğrusu maşından düşüb qaçdı Ardını oxu