Məqalələr

  • Yol polisi avtobus sürücülərinə qarşı sərt tədbirlərə başladı

    DYP-nin keçirdiyi reyd nəticəsində qırmızı işıqdan keçən və dayanacaqdan kənarda saxlayan avtobus sürücüləri də cəzalandırılıb Ardını oxu

  • Nəqliyyat Nazirliyi “Bakı-2015” üçün Tədbirlər Planını təsdiq edib

    “Görüləsi işlər, perspektiv planlarsa daha çoxdur” 2015-ci ildə Bakı şəhərində keçiriləcək I Avropa Yay Olimpiya Oyunları ilə bağlı nəqliyyatın ahəngdar fəaliyyətinin, daşımaların təhlükəsizliyinin təmin edilməsi və digər təşkilati məsələlərin əlaqələndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin zəruriliyini nəzərə alaraq, Nəqliyyat Nazirliyində imzalanan əmrə əsasən “Nəqliyyat-yol kompleksi üzrə Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planı avtomobil yolları, intellektual nəqliyyat sisteminin fəaliyyəti də daxil olmaqla avtomobil nəqliyyatı və dəmir yolu nəqliyyatı sahələrini əhatə edir. Bunu Azərbaycan hakim partiyasının saytına müsahibəsində nəqliyyat naziri Ziya Məmmədov deyib. Z.Məmmədov bildirib ki, nəqliyyat-yol kompleksində həyata keçirilən yeniliklər, görülən işlər çoxdur. Onun sözlərinə görə, respublikanın nəqliyyat siyasətini formalaşdıran bir qurum olaraq Nəqliyyat Nazirliyinin gördüyü işləri tək-tək sadalamağa ehtiyac yoxdur. “Görüləsi işlər, perspektiv planlarsa daha çoxdur. İstənilən nəticəni əldə etməyin yeganə yolu problemlərin aradan qaldırılmasına nail olmaq və bütünlükdə Azərbaycanın yol-nəqliyyat kompleksini beynəlxalq standartlara cavab verəcək səviyyəyə çatdırmaqdır. Qarşımızda duran ən vacib məsələlərdən biri də sosial problemlərin həll edilməsinə nail olmaqla yanaşı, ölkəmizin vahid nəqliyyat siyasətinin təkmilləşdirilməsi, islahatların aparılması və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsidir” - deyə, nazir vurğulayıb. Ardını oxu

  • Yol polisi avtobus sürücülərinə qarşı reydlərə başladı

    Reyd zamanı sürücülük vəsiqələrində “D” kateqoriyası, yol hərəkət qaydasına necə riayət etməsi və digər məsələlər yoxlanılacaq Ardını oxu

  • Jurnalist DYP-nin evakuasiya işində cinayət tərkibi aşkarladı

    Xalid Kazımlı: «Burada vətəndaşları talama, korrupsiya, vergidən yayınma və sair cinayətlərin tərkib hissələri var» Ardını oxu

DYP əcnəbi maşınlara niyə göz yumur? SİSTEM QURULMAYIB

DYP əcnəbi maşınlara niyə göz yumur? SİSTEM QURULMAYIB

Tranzit məqsədi ilə yollarımızdan istifadə edən maşınlar radara düşmür Ardını oxu

Xəbərdarlıq: yol polisi genişmiqyaslı reydlərə başlayır

Xəbərdarlıq: yol polisi genişmiqyaslı reydlərə başlayır

Yolun sağı boş ola-ola solla gedənlər, üstünlüyə malik avtomobillərə yol verməyənlər cəzalandırılacaq Ardını oxu

Arvadını baqajda aparan sürücüyə polis də haqq qazandırdı

Arvadını baqajda aparan sürücüyə polis də haqq qazandırdı

Qadınlar izləməsin; Azərbaycanda belə əməl cinayət sayılır Bu videoçarx Amerikada çəkilib. Videoçarxı təqdim etməkdə məqsədimiz qadınların deyingənliyini və bundan bezən kişinin hərəkətini nümayiş etdirmək deyil. Məqsəd odur ki, Amerika polisinin sürücüyə davranışını göstərək. Cars-az-ın məlumatına görə, videoya diqqətlə baxdıqda görərsiniz ki, polis sürücüdən maşından düşməyi tələb etdikdə sürücü dərhal düşür. Bu zaman polis geriyə çəkilir və əlini silaha atır. Çünki Amerika polisi düşünür ki, sürücü maşından düşərkən silahdan istifadə edə bilər və buna görə də polis hazırlıqlı olmalıdır. Polisin kənardan müşahidəsi ilə avtomobilin baqajı açılır. Qadın o qədər deyingənlik edir ki, polisin əsəbləri dözmür və o özü qadını maşının yük yerinə salıb qapını bağlayır. Sürücüyə də bu əməlinə görə anlayış göstərib onu yola salır. Ardını oxu

Top