Arvadını baqajda aparan sürücüyə polis də haqq qazandırdı
Bu videoçarx Amerikada çəkilib. Videoçarxı təqdim etməkdə məqsədimiz qadınların deyingənliyini və bundan bezən kişinin hərəkətini nümayiş etdirmək deyil. Məqsəd odur ki, Amerika polisinin sürücüyə davranışını göstərək. Cars-az-ın məlumatına görə, videoya diqqətlə baxdıqda görərsiniz ki, polis sürücüdən maşından düşməyi tələb etdikdə sürücü dərhal düşür. Bu zaman polis geriyə çəkilir və əlini silaha atır. Çünki Amerika polisi düşünür ki, sürücü maşından düşərkən silahdan istifadə edə bilər və buna görə də polis hazırlıqlı olmalıdır. Polisin kənardan müşahidəsi ilə avtomobilin baqajı açılır. Qadın o qədər deyingənlik edir ki, polisin əsəbləri dözmür və o özü qadını maşının yük yerinə salıb qapını bağlayır. Sürücüyə də bu əməlinə görə anlayış göstərib onu yola salır.