Yeni iş həftəsi qızmar istilərlə başlayır

Yeni iş həftəsi qızmar istilərlə başlayır

Yeni iş həftəsi qızmar istilərlə başlayır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, paytaxtda şimal küləyi gecə və səhər arabir nisbətən güclənəcək. Temperatur gecə 16-21, gündüz 28-33 dərəcəyə qədər yüksələcək. Gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Aran rayonlarında havanın temperaturu gecə 17- 22, gündüz 30-35, bəzi yerlərdə 37, dağlarda isə gecə 7-12, gündüz saatlarında 19-24 dərəcə olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22 dərəcə, Zaqulba, Mərdəkan, Şüvəlan, Buzovnada 22-23 dərəcə, Türkan, Hövsan, Şıx və Sahildə isə 23-24 dərəcə olacaq.

Emin

Dostlarınla paylaş


Şərhlər


Top