-
Yol qəzası: ana və oğlu yaralandı
Qəzanın baş verməsinə səbəb “İveco”nun yüksək sürətlə hərəkət etməsi olub Ardını oxu
-
Azadlıq və Atatürk prospektlərində tıxac var –FOTOLAR
Hazırda yol polisi tıxacın aradan qaldırılması istiqamətində iş aparır Bakının iki prospektində tıxac yaranıb.Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, Ziya Bünyadov prospektində təmir işləri ilə əlaqədar Azadlıq prospektində “LUKoil” yanacaqdoldurma məntəqəsinin qarşısından üzü şəhər istiqamətinə və Atatürk prospektində tıxac yaranıb. Hazırda yol polisi Azadlıq prospektində tıxacın aradan qaldırılması istiqamətində iş aparır. Ardını oxu
-
Yeni iş həftəsi qızmar istilərlə başlayır
Hərarət 37-dərəcəyə qalxacaq Ardını oxu
-
Qeyri-adi avtobus reklamları
Dünyanın ən maraqlı avtobus reklamlarının fotoları yayımlanıb Dünyanın ən maraqlı avtobus reklamlarının fotoları yayımlanıb. Anspress-in məlumatına görə, reklam şirkətləri müştəri cəlb etmək üçün hər cür yola atırlar. Yaradıcılıqdan istifadə edən şirkətlər avtobuslara bir-birindən maralı reklamlar yerləşdirərək insanların diqqətini çəkməyə çalışırlar. Yaradıcılıqdan sərhəd tanımayan şirkətlər avtobusların üzərinə 3d formatında canlı təsvirlər yerləşdirirlər. Məhsulu reklam etmək üçün insanların diqqətini cəlb etmək istəyən şirkətlərin ərsəyə gətirdiyi maraqlı görüntüləri sizə təqdim edirik. Ardını oxu
Bakıda yol ötürücüsü istifadəyə verilib
Xutor dairəsindəki yol qovşağında isə son tamamlanma işləri iyun-iyul aylarında başa çatdırılacaq Ardını oxu
Yerə böyük asteroid yaxınlaşır – XƏBƏRDARLIQ
Antixrist adı verilən asteroid iyunun 8-də Yer yaxınlığından keçəcək Yer kürəsinə böyük asteroid yaxınlaşır. N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi katibi Vaqif Xəlilov APA-ya bildirib ki, Antixrist adı verilən asteroid iyunun 8-də Yer kürəsinin 1 milyon kilometr yaxınlığından keçəcək. Uzunluğu 325 metr, eni 60 metr olan asteroidin planetimiz üçün heç bir təhlükə yaratmadığını deyən Vaqif Xəlilov bildirib ki, bu göy cismi Ayla Yer arasındakı məsafəsindən 3 dəfə uzaq məsafədən keçəcək. Bu asteroid ilk dəfə bu ilin aprelində NASA alimləri tərəfindən kosmik aparatlar vasitəsilə aşkar edilib və hazırda onun hərəkət trayektoriyası izlənilir. İyunun 8-də bu göy cismi yenidən müşahidə olunacaq və görüntüsü yayımlanacaq. Ardını oxu
Zabratda ölümlə nəticələnən daha bir ağır qəza
«Mersedes» ağaca çırpılıb, şəxsiyyəti bilinməyən qadın ölüb İyunun 5-də saat 01 radələrində Sabunçu rayonu Zabrat qəsəbəs ərazisində ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Cars-az-a verilən məlumata görə, Gürcüstan vətəndaşı Pərvaz Adıgözəlov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. P.Adıgözəlovun sərnişini, şəxsiyyəti müəyyən edilməmiş 40-45 yaşlı qadın hadisə yerində ölüb, sürücü özü isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı sabunçu RPİ tərəfindən araşdırma aparılır. Ardını oxu
Cəbhədə iki erməni hərbçisi məhv edilib
Erməni hərbçilər Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhədində öldürülüb Ardını oxu