Yük maşını çaya aşdı, sürücü öldü

Yük maşını çaya aşdı, sürücü öldü

Astara rayonunda yük maşını çaya aşıb. Astara rayon Yol Polisi Şöbəsindən verilən məlumatan görə, hadisə ötən gecə rayonun Hamoşam kəndi ərazisisində qeydə alınıb. “QAZ-66” markalı avtomobil çaya aşıb. Hadisə nəticəsində yük avtomobilinin sürücüsü, 1957-ci il təvəllüdlü Rəşidov Malik Calal oğlu hadisə yerindəcə dünasını dəyişib. Avtomobildə olan Əlizadə Anar Vaqif oğlu isə qəza zamanı ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Yük avtomobilinin həddindən artıq otla yüklənməsi qəzanın baş verməsinə səbəb kimi göstərilir. Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top