04.11.2015
Gündəm
Qəzaya düşən polkovnik öldü
Bakıda bir neçə gün əvvəl qəzaya düşən yüksək rütbəli hərbçi dünyasını dəyişib APA-nın məlumatına görə, Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Eldar Vəli oğlu Məmmədov aldığı xəsarətlərdən müalicə aldığı hərbi hospitalda vəfat edib.
Qeyd edək ki, məlum hadisə mayın 18-də 3-cü mikrorayon dairəsində qeydə alınıb. “Mercedes” markalı maşın yolu keçmək istəyən piyada, Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Eldar Vəli oğlu Məmmədovu vurub. Piyada ağır vəziyyətdə hospitala yerləşdirilib.