Maşının yük yerindən yıxılan uşaq öldü

Maşının yük yerindən yıxılan uşaq öldü

Maşının yük yerindən yıxılan uşaq öldü

Masallıda 13 yaşlı oğlan maşınının yük yerindən yıxılaraq ölüb. APA TV-nin məlumatına görə, hadisə mayın 20-də rayonun Mahmudavar kəndi ərzasində qeydə alınıb. Kənd sakini, 2001-ci il təvəllüdlü Orxan Xalıq oğlu Babayev Lənkəran rayonunun Separadi kənd sakini Tarverdi Məmmədova məxsus hərəkətdə olan “ZİL” markalı, 66 BE 731 dövlət nömrə nişanlı maşının yük yerindəki ot tayasının üstündən müvazinətini itirib, yerə yıxılıb. Hadisə yerinə dərhal həkim briqadası çağırılsa da, 13 yaşlı uşaq baş-beyin nahiyəsindən aldığı xəsarətdən keçinib. Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top