-
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib
“06” ilə “Mercedes” toqquşub Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, mayın 16-da saat 19:00 radələrində Sabunçu rayonu Kürdəxanı qəsəbəsində Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Vidadi Əliyevin idarə etdiyi “VAZ-2106” markalı və 1990-cı il təvəllüdlü Zahid Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə V.Əliyev hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. Ardını oxu
-
"Ferrari"lər Bakıda
Bakıda məşhur və bahalı maşınların dillerinin açılışı olub Ardını oxu
-
Qadın sürücünün başını qatdi; qəza baş verdi
Sərnişinlərin sözlərinə görə, sürücü yola deyil, tez-tez çevrilib xanımla söhbət edirmiş Ardını oxu
-
Hövsan yolu genişlənəcək (VİDEO)
Yeni yol 4 zolaqlı olacaq Ardını oxu
SOS: etibarnamə ilə əldə etdiyiniz avtomobil sizin deyil
Etibarnamə ilə maşın alanlar onları gözləyən təhlükədən xəbərdar olsunlar! Ardını oxu
Avtomobil 7 yaşlı uşağı öldürdü
Bakıda baş verən yol qəzası azyaşlı piyadanın ölümü ilə nəticələnib Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Cars-az-a verilən məlumata görə, mayın 15-də, saat 17:30 radələrində Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində 1988-ci il təvəllüdlü Samir Ağayev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə 2007-ci il təvəllüdlü Emin Kərimovu vurub. Nəticədə 7 yaşlı E.Kərimov aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Ardını oxu
Zibil maşını mərkəzi prospektdə 100-lə getdi
Yolun sol zolağı ilə hərəkət edən avtomobil heç kim yol vermədən sürətlə şütüyür Ardını oxu
Sabah 35 dərəcə isti olacaq
Yaxın iki gündə hava mülayim və sabit olacaq Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında nisbətən mülayim, sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah 16-da hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 15-18, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir. Ardını oxu