04.11.2015
Qəzalar
Avtomobil 7 yaşlı uşağı öldürdü
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Cars-az-a verilən məlumata görə, mayın 15-də, saat 17:30 radələrində Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində 1988-ci il təvəllüdlü Samir Ağayev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə 2007-ci il təvəllüdlü Emin Kərimovu vurub. Nəticədə 7 yaşlı E.Kərimov aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.