Bakıda mikroavtobus yandı

Bakıda mikroavtobus yandı

Bakının Yasamal rayonunda güclü yanğın hadisəsi baş verib. Ucnoqta.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, rayon ərazisində mikroavtobus yanıb. Yanğın “Ford” markalı mikroavtobusun sürücü kabinəsinin başlayıb. Dərhal hadisə yerinə yanğınsündürənlər cəlb olunub. Mikroavtobusun salonu yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə nəticəsində xəsarət alan barədə məlumat verilmir. Hadisənin nə səbəbdən bşa verdiyi araşdırılır.

Dostlarınla paylaş


Şərhlər


Top