04.11.2015
Qəzalar
Naxçıvanda daha bir dəhşətli qəza: 3 nəfər öldü
Naxçıvan Muxtar Respublikasında daha bir ağır yol qəzası baş verib. avtosfer.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 20-də saat 04 radələrində Babək rayonu Vayxır kəndinin ərazisində rayon sakini Rövnəq İsmayılov idarə etdiyi “VAZ 21074” markalı avtomobili kanala aşırıb. Sürücü və sərnişinləri - Babək rayon sakinləri Sunay İsmayılov və Hüseyn Məmmədov hadisə yerində ölüb, xəsarət almış digər sərnişin Sahil Allahverdiyev xəstəxanaya yerləşdirilib. Araşdırmalar aparılır. Qeyd edək ki, aprelin 19-da Şərur rayonunda avtomobilin aşması nəticəsində 2 nəfər dünyasını dəyişmişdi.