04.11.2015
Qəzalar
Metroda qatarların birində nasazlıq yaranıb
BugünBakı Metropolitenin “HəziAslanov” stansiyası istiqamətində hərəkətedənqatardaləngimə olub. Metropolitendən “APA-Economics”ə verilənməlumatagörə, hadisə səhərsaat 11:00 radələrində baş verib.“Əhmədli” stansiyasından “HəziAslanov” stansiyası istiqamətində hərəkətedənzamanqatartuneldə dayanmağaməcburolub. Buna səbəb qatardakı nasazlıq olub. “Tuneldə hərəkətin dayanması təşvişə səbəb olsa da, qorxulu heç bir şey baş verməyib. Sadəcə, qatarda texniki nasazlıq olub. Nasazlığın aradan qaldırılması məqsədilə qatar “Əhmədli” stansiyasına gətirilərək sərnişinlər düşürülüb, daha sonra qatar təmir məqsədilə “Bakmil” stansiyasına aparılıb”, - deyə Metropoliten rəsmisi bildirib. Hazırda metro qatarlarının hərəkətində qrafik üzrə davam edir.