04.11.2015
Qəzalar
Bakıda «Opel» «Kamaz»a çırpıldı: ölən var
Bakı şəhərini Xəzər rayonunda ağır yol qəzası baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, Ə.İsazadə küçəsində 1956-cı il təvəllüdlü Əli Kəlbəliyevin idarə etdiyi “Opel Omega” markalı minik avtomobili, 1963-cü il təvəllüdlü Muradov Baxşı Hüseynqulu oğlunun idarə etdiyi “KamAZ”a çırpılıb. Sürətlə hərəkətdə olan minik avtomobili yük maşınına arxadan çırpılıb. Ə.Kəlbəliyev aldığı ağır xəsarətlərdən xəstəxanaya aparılarkən ölüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.