04.11.2015
Qəzalar
Bakıda qanlı gecə: 1 ölü, 12 yaralı
Mayın 4-nə keçən gecə Bakıda 5 ağır yol qəzası baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, qəzalarda 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəzər və Nəsimi rayonlarında avtomobillərin toqquşması nəticəsində baş verən qəzaların hər birində 4 nəfər yaralanıb. Həmçinin gecə saatlarında Xətai, Yasamal və Suraxanı rayonlarında da xəsarətlə nəticələnən yol qəzaları baş verib. Bundan başqa mayın 1-də Bakı şəhərinin Yasamal rayonunda baş vermiş yol qəzasında xəsarət alan şəxs Kliniki Tibbi Mərkəzdə vəfat edib. Hər bir fakt üzrə zəruri araşdırmalar davam etdirilir.