Maşın traktorla toqquşdu: ölən var

Maşın traktorla toqquşdu: ölən var

Ötən gün İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. ANS press-in verdiyi məlumata görə, hadisə ötən gün saat 18 radələrində Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu Rəsullu kəndindən keçən hissəsində qeydə alınıb. İmişli rayon sakini Elman Cümşüd oğlu Əliyevin idarə etdiyi “VAZ-2107” markalı, 27 BH 332 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən qarşı tərəfdə hrəkət edən Vidadi Əliyevin idarə etdiyi traktorun ot bağlayan qoşqusuna çırpılıb. Qəza zamanı minik avtomobolinin sürücüsü hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top