04.11.2015
Qəzalar
“Mercedes” ağaca çırpıldı, sürücü xəsarət aldı
Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Mingəçevir şəhərində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində sürücü müxtəlif bədən xəsarətləri alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər müxtəlif kəsici alət və avadanlıqlardan istifadə etməklə, deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünü çıxararaq Təcili Tibbi Yardım Stansiyasına göndəriblər.