04.11.2015
Gündəm
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, mayın 16-da saat 19:00 radələrində Sabunçu rayonu Kürdəxanı qəsəbəsində Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Vidadi Əliyevin idarə etdiyi “VAZ-2106” markalı və 1990-cı il təvəllüdlü Zahid Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə V.Əliyev hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.