-
Dəhşətli qəza 15 nəfərin həyatına son qoydu
Dubayda sərnişin avtobusu yük maşını ilə toqquşub Dubayda sərnişin avtobusu yük maşını ilə toqquşub, nəticədə 15 nəfər ölüb. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, qəza nəticəsində daha 12 nəfər xəsarət alıb. Məlumata görə, Cənub-Şərqi Asiyadan olan fəhlələri daşıyan avtobus yüksək sürətlə hərəkətdə olarkən yol kənarında duran yük maşınına çırpılıb. Hər iki avtomobilin sürücüsü sağ qalıb və polis tərəfindən saxlanılıb. Ardını oxu
-
Fransa prezidenti gəlir; yollar iki gün bağlanacaq
Mayın 11-12-də şəhərin mərkəzində hərəkət məhdudlaşdırılacaq Ardını oxu
-
Gəncədə də piyadalara qarşı reydlər başladı
Yolun nəzərdən tutulmayan hissəsindən keçən piyadalar cərimələnib Gəncədə “DiqqətPiyada” aylığı davamedir. APA-nınverdiyiməlumatagörə, şəhərdə keçirilənreydzamanı 37 piyadacərimələnib. Gəncə ŞəhərBaş PolisİdarəsininDövlətYolPolisiŞöbəsinintəbliğatvə təşviqatüzrə inspektoruMisirQuliyevbildiribki, mayın 5 dən “DiqqətPiyada” günlərinə startverilib. Onun sözlərinə görə, 4 gün müddətində 100-dən artıq piyada yolu nəzərdə tutulmayan yerdən keçdiklərinə görə cərimələnib. Onlara qarşı İnzibatı Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilib və 20 manat məbləğində cərimə edilərək bildiriş paylanılıb. Misir Quliyev bildirib ki, aparılan reydlər artıq təsir göstərməyə başlayıb. Qeyd olunub ki, piyadalara nəzərdə tutulan yerlərdə yol verməyən sürüuuml;cülər də var və reyd zamanı 30-a yaxın belə sürücü 40 manat məbləğində cərimələnib. Ardını oxu
-
DYP-nin qovduğu «07» 2 nəfərin həyatına qoydu
Aeroport şosesində qəflətən geri dönən «07» «Lexus»la toqquşub Bakının Nizami rayonu ərazisində, Heydər Əliyev prospektində 2 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı yeni məlumatlar yayılıb. Məlumata görə, Tural Rəhimovun idarə etdiyi «VAZ-2107» markalı avtomobil Aeroport şosesi istiqamətində hərəkətdə olarkən qəflətən geriyə dönüş edib və Heydər Əliyev prospekti ilə əks istiqamətdə hərəkət etməyə başlayıb. Bu vaxt VAZ-2107 qarşıdan gələn və 53 yaşlı Firdovsi Əliyevin idarə etdiyi «Lexus»la toqquşub. Hadisə nəticəsində VAZ-2107 markalı avtomobildə olan iki sərnişin ölüb, sürücü Tural Rəhimov, eləcə də, «Lexus»un sürücüsü Firdovsi Əliyev və onun həyat yoldaşı Arifə Əliyeva ağır bədən xəsarətləri alıblar. VAZ-2107-nin sürücüsünün yaxınları bildiriblər ki, Tural Rəhimov yol polisi əməkdaşlarından qaçmağa çalışırmış. Metronun «Koroğlu» stansiyasının qarşısında Yol Patrul Xidmətinə məxsus avtomobil Heydər Əliyev prospektini bağlayaraq, VAZ-2107-nin qarşısını kəsib. Tural Rəhimov isə geriyə dönüş edərək, əks istiqamətdə hərəkət edib və nəticədə toqquşma baş verib. Nizami Rayon Polis İdarəsinin müstəntiqi Nicat Naibov isə APA-ya açıqlamasında deyib ki, VAZ-2107-nin YPX əməkdaşları tərəfindən təqib edilməsi ilə bağlı iddialar araşdırılır. Müstəntiqin sözlərinə görə, ərazidəki təhlükəsizlik kameralarının görüntülərinə də baxış keçiriləcək və hadisənin təfərrüatları müəyyən ediləcək. "İlkin versiya bundan ibarətdir ki, VAZ-2107-nin sürücüsü avtoxuliqanlıq edib. 3 saylı şəhər Kliniki Xəstəxanasından bildirilib ki, VAZ-2107-nin sürücüsü Tural Rəhimovun vəziyyəti ağırdır və əməliyyat olunur. Hadisə nəticəsində ölənlərin şəxsiyyəti dəqiqləşdirilir. Ardını oxu
Sürücülərin diqqətinə; bu yollarda hərəkət məhdudlaşdırılır
Vaqif Əsədov: «Göstərilən istiqamətlərdə şəxsi avtomobillərindən az istifadə edin!» Ardını oxu
"London taksisi" hərəkətdə olarkən təkəri partladı
Hadisə baş verən vaxt taksidə sərnişin olmayıb Bakının Xətai rayonunda taksi qəzaya uğrayıb. Abdullayev Zaur İsmayıl oğlunun idarə etdiyi TX4 markalı ("London taksisi") avtomobil Babək prospektində beton arakəsməyə çırpılıb. Hadisə baş verən vaxt taksidə sərnişin olmayıb. Sürücü isə heç bir xəsarət almayıb. Lakin avtomobilə ciddi ziyan dəyib. Sürücü Zaur Abdullayevin APA TV-yə verdiyi məlumata görə, hərəkətdə olarkən avtomobilin təkəri partlayıb. Nəticədə sürücü idarəetməni itirib və maşını arakəsməyə çırpıb. Faktı Xətai Rayon Dövlət Yol Polisi Şöbəsi araşdırır. Ardını oxu
Qəzaların əksəriyyəti günün qaranlıq vaxtına düşür – SƏBƏB?
Yollarımızda bir gündə baş verənlər; 3 ölü, 9 yaralı Ardını oxu
Bakıya əlillərin də istifadə edə biləcəyi avtobuslar gətiriləcək
Bu gün əlillərin ən böyük problemlərindən biri cəmiyyətə inteqrasiya olunmamasıdır Ardını oxu