-
DYP-dən çökən yolla bağlı açıqlama
Sürücülərə alternativ yol kimi Boru keçidi ilə Süleyman Əhmədov küçəsinə, oradan da Babək prospekti ilə hərəkət etmələri tövsiyə edilir Ardını oxu
-
Nazirin qardaşı oğlu Bakıda sürət yarışına çıxdı
Biri 10 LZ 100 nömrəli iki avtomobil aeroport şossesində yüksək sürətlə yarışa çıxır Daha bir oliqarx oğlunun Bakıda öz bahalı avtomobilləri ilə sürət yarışına çıxdığını əks etdirən videokadrlar yayılıb. Virtualaz.org saytına daxil olan videokadrlara əsasən dövlət nömrə nişanlarından biri 10 LZ 100 nömrəli iki avtomobil Zığ-aeroport şossesində yüksək sürətlə yarışa çıxır. Bir neçə saniyələrik kadrlardan görünür ki, avtomobillərin hər ikisi “Porsche Panamera” markalıdır (qiyməti 250 min manata yaxındır). “100” seriyalı “Porsche”nin nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğluna məxsus olduğu da müəyyənləşib. Lakin mənbə avtomobilin deputatın hansı oğluna məxsus olduğunu dəqiqləşdirməyib. Bununla belə məlumdur ki, deputat-oliqarxın uşaqlarının bütün maşınları həmin rəqəmdən ibarət nömrəni daşıyır. Həmin videokadrlar yeni deyil və 2012-ci ilin mayında çəkilib. Virtualaz.org saytı kadrları DYP əməldaşlarına təqdim edib və onlar məlumatı təsdiqləyərək bildiriblər ki, həmin avtomobillər tez-tez Bakı küçələrində sürət yarışına çıxır. Lakin DYP və DİN nüfuzlu avtoxuliqanlara qarşı hansısa tədbirlər görməkdə acizdir. Xatırladaq ki, ötən həftə Yevlax gömrüyü rəisinin oğlu, polis əməkdaşı Tural Həsənovun və Rahib Abdulbağırov adlı şəxsin Zığ şossesində “BMW X6” və “Lada Priora” avtomobilləri ilə saatda 240 kilometri keçən sürətlə yarışa çıxdıqlarını əks etdirən videoadrların sosial şəbəkələrdə, daha sonra saytlarda yayılmasının ardınca DİN onların hər ikisini həbs edib. T.Həsənov 20, R.Abdulbağırov 15 sutka azadlıqdan məhrum ediliblər. Həmçinin T.Həsənov polis orqanlarından qovulub, atası isə Əliməmməd Həsənov isə vəzifəsindən çıxarılıb. Bu fakt Prezident İlham Əliyevin qanunlara məhəl qoymayan qudurğan məmur balalarının cəzalandırılacağına, onların atalarının vəzifələrindən qovulacağına dair etdiyi xəbərdarlığın qüvvədə qaldığını bir daha sübut edib. Ancaq bu xəbərdarlığa baxmayaraq yüksək vəzifəli şəxslərin övladları hələ də dəbdəbəli avtomobillərini və onlarla Bakı küçələrində hansı sürətlə şütüdüklərini nümayiş etdirməkdən çəkinmirlər. DYP-dəki mənbənin əməkdaşımızla söhbətində bildirdiyinə görə, dar çərçivədə keçirilən iclaslarda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov nüfuzlu məmur-oliqarxların övladlarının avtoxuliqanlıq əməlləri qarşısında gücsüz olduqlarını etiraf edib. Qeyd edək ki, bundan əvvəl saytımız nəqliyyat nazirinin qardaşı oğlu Aynar Məmmədovun dövlət nömrə nişanları ancaq “100” rəqəmindən ibarət olan bahalı maşın kolleksiyasını sosial şəbəkələrdə necə nümayiş etdirdiyi barədə geniş araşdırma dərc edib. Deputat oğlunun İnstagram səhifəsində yerləşdirilmiş fotolardan birində onun son model “BMW” avtomobili ilə Zığ şossesində saatda 238.2 kilometr sürət yığdığı avtomobilin bort kompüterinin göstəricilərinə əsasən nümayiş olunurdu. A.Məmmədovun İnstagram fotolarından məlum olurdu ki, onun kolleksiyasında “Lamborghini Avendator LP700-4” (qiyməti 440 min 500 dollardan 650 min dollara qədərdir), “Mercedes CLS 63” (72 min dollar), “Grand Cherokee” (60 min dollar), “Ferrari” (bu maşınların qiyməti 200 min dollardan başlayır), “Maserati” (ən sadə modeli 65 min dollardır), “BMW M5” kimi çoxsaylı dəbdəbəli superkarlar yer alır. Ardını oxu
-
Bakıda bu yollar bağlı olacaq
Həsənoğlu küçəsində və Fətəli xan Xoyski prospektində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq Bakının Həsənoğlu küçəsində və Fətəli xan Xoyski prospektində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. avtosfer.az-ın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, buna səbəb “Azəryolservis” ASC-nin bu yolda apardığı təmir işləridir. Yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən, Həsənoğlu küçəsində və Fətəli xan Xoyski prospektində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Ardını oxu
-
Qeyri-sabit hava şəraiti aprelin 23-dək davam edəcək
Temperatur 2-4 dərəcə enəcək Ardını oxu
Avtobuslarda fəaliyyət göstərən cibgirlər tutulub
Onların cinayətlərinin sayı-hesabı yoxdur Xətai rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cibgirlikdə şübhəli bilinərək yaxalanan Bakı şəhər sakinləri Ramiz Əliyevdən 0,203, Sani Samyılovdan isə 0,225 qram heroin aşkar olunaraq götürülüb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, R.Əliyev fevralın 10-da 36 saylı xətt avtobusunda Gülüstan Quliyevanın cibindən 950 manat, martın 10-da Sarayevo küçəsində yerləşən mağazada Aidə Məhərrəmovanın əl çantasından içərisində 271 manat və bankomat kartı olan pul kisəsini götürərək qarət edib. Bundan başqa o, S.Samyılovla birlikdə ötən il noyabrın 10-da 51 saylı xətt avtobusunda Rəqsanə Əliyevanın cibindən mobil telefonunu, dekabrın 30-da 11 saylı xətt avtobusunda Afət Quliyevanın içərisində pul, şəxsiyyət vəsiqəsi, iki ədəd bankomat kartı olan pul kisəsini, dekabrın 7-də 44 saylı xətt avtobusunda Kəmalə Rüstəmovanın içərisində 500 manat və sənədlər olan pul kisəsini, bu il fevralın 26-da 51 saylı xətt avtobusunda Günel Mahmudovanın əl çantasından, içərisində 170 manat və sənədlər olan pul kisəsini, aprelin 8-də isə 11 saylı xətt avtobusunda Sevil Məmmədovaya məxsus pul kisəsini oğurlayıblar. Araşdırmalar davam etdirilir. Ardını oxu
Diqqət! Paytaxtın məşhur küçəsində dəhşətli qəzalardan qorunun
İzləyin və həmin yolan keçərkən ehtiyyatlı olun! Ardını oxu
Sualın cavabı tapıldı; dairədə hərəkət üstünlüyü bu maşinındır – FOTO
Suala cavab verənləri siyahısı Ardını oxu
ATV-nin qarşısındakı yolda təmir başa çatdı
Yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib Ardını oxu