Məqalələr

  • Ən çox qəza törədən maşınlar – DƏHŞƏTLİ FOTOLAR

    Siyahıya "Mercedes" və "VAZ" avtomobilləri liderlik edir Azərbaycanda ən intizamsız sürücülərin idarə etdiyi avtomobillərin əksəriyyəti Almaniya istehsalı olan "Mercedes" və Rusiya istehsalı olan "VAZ" avtomobilləridir. Fins.az-ın xəbərinə görə, bu barədəİcbari Sığortalar Bürosundan bildirilib. Büronun məlumatına görə, 2014-cü ilin yanvar ayının 15-dən etibarən ölkədə 7635 avtomobil sahibinin Bonus-Malus sinfi aşağı salınıb, həmin şəxslər üçün sığorta haqqı artırılacaq. Bu avtomobillərin yarıdan çoxu məhz adıçəkilən markaların payına düşür. Belə ki, ən intizamsız sürücü kateqoriyasına (sığorta haqqının 3 dəfə artıq olduğu) aid edilən 22 sürücüdən 10-u "Mersedes", 4-ü "VAZ", 2-si isə "Şevrolet" avtomobili idarə edir. 2-ci sinfə (sığorta haqları 2,45 dəfə artacaq) aid edilən 45 sürücüdən isə 12-si "Mersedes", 10-u "VAZ" avtomobilinin sahibidir. 3-cü sinfə aid edilmiş 192 avtomobil sahibindən isə 84-ü "VAZ" və "Mersedes" sürücüsüdür. 4-cü sinfə aid edilən 2413 avtomobil sahiblərindən (onların sığorta haqqı 60% artacaq) yarıdan çoxu adıçəkilən markaların payına düşür - 838 nəfər "VAZ", 469 nəfər "Mersedes" sürücüsüdür. Nəhayət 5-ci Bonus-Malus sinfinə aid edilən (sığorta haqqı 25% artacaq) 4963 avtomobil sahiblərindən 1311-i "Mersedes", 927-si isə "VAZ" sürücüləridir. Ardını oxu

  • Azərbaycanın nazir müavini amerikalı həmsədrə yol göstərdi

    Araz Əzimov: “Ceyms Uorlik Minsk Qrupunun sənədlərini daha yaxşı oxumalı, bilməli, öyrənməli, sonra əsaslı mübahisəyə girməlidir” Ardını oxu

Top