Bakıda bu yollar bağlı olacaq

Bakıda bu yollar bağlı olacaq

Bakının Həsənoğlu küçəsində və Fətəli xan Xoyski prospektində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. avtosfer.az-ın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, buna səbəb “Azəryolservis” ASC-nin bu yolda apardığı təmir işləridir. Yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən, Həsənoğlu küçəsində və Fətəli xan Xoyski prospektində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Dostlarınla paylaş


Şərhlər


Top