Xəstəxanaya tələsən ailə dəhşətli qəzaya düşdü: 1 ölü, 5 yaralı

Xəstəxanaya tələsən ailə dəhşətli qəzaya düşdü: 1 ölü, 5 yaralı

Xəstəxanaya tələsən ailə dəhşətli qəzaya düşdü: 1 ölü, 5 yaralı

Bu gün saat 15.30 radələrində Lənkəran rayonunun dağlıq Bəliton kəndi ərazisində ağır yol qəzası qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Ələddin Əfladdin oğlu Zamanov ot biçərkən ehtiyatsızlıqdan dəryaz onun qarın boşluğuna batıb. Yaxınları zərərçəkəni Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırmaqdan ötrü dərhal “UAZ” markalı avtomobilə əyləşərək yola düşüblər. Maşın sürət həddini aşdığından, qarşıdakı döngələrin birində körpüdən aşıb. Nəticədə kənd sakini, 1958-ci il təvəllüdlü Əfladdin Xanağa oğlu Zamanov aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib. Maşındakı sərnişinlərdən qarın boşluğuna dəryaz batmış Əflatun Zamanovla birlikdə daha 4 nəfər - 1955-ci il təvəllüdlü Kişvər Yəhya qızı Ağayeva, 1994-cü il təvəllüdlü Seyfəddin Ağaddin oğlu Ağazadə, 1990-cı il təvəllüdlü Alim Əfladdin oğlu Ağayev, 1990-cı il təvəllüdlü Şəfəq Cəsail qızı Zamanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran MRX-ya yerləşdiriliblər. Yaralıların hamısına müvafiq tibbi yardım göstərilib, hazırda vəziyyətləri hazırda stabil qiymətləndirilir. Qarın boşluğuna dəryaz batmış Əflatun Zamanovun üzərində isə cərrahiyyə əməliyyatı aparılır. Faktla bağlı rayonun hüquq-mühafizə orqanları araşdırmalara başlayıblar.

Qeyd edək ki, ölən və yaralanan şəxslərin hamısı yaxın qohumlardır.

Dostlarınla paylaş


Şərhlər


Top