Bakının bu küçəsi dörd gün bağlı olacaq - TƏMİR

Bakının bu küçəsi dörd gün bağlı olacaq - TƏMİR

Bakının bu küçəsi dörd gün bağlı olacaq - TƏMİR

Mayın 14-dən etibarən paytaxtın Həsən Əliyev küçəsində (keçmiş İnqilab küçəsi) nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq. Bunu Cars-az saytına Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib. Onun sözlərinə görə, mayın 13-dən 14-nə keçən gecə saat 00:00-dan Həsən Əliyev küçəsinin Atatürk prospekti ilə kəsişməsindən Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməsinədək olan hissəsi yolun asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti üçün tam məhdudlaşdırılacaq. Yolun adıçəkilən hissəsinin 4 gün tam bağlı olması nəzərdə tutulur.

Nurlan

Dostlarınla paylaş


Şərhlər


Top