Azərbaycan qırıcıları erməniləri qorxuya saldı

Azərbaycan qırıcıları erməniləri qorxuya saldı

Azərbaycan qırıcıları erməniləri qorxuya saldı

Azərbaycan qırıcıları ötən həftə ərzində ermənilərlə təmas xətti üzərində havaya qalxaraq uçuş həyata keçirib. ANS press-in məlumatına görə, bu məlumatı Ermənistan mətbuatı yayıb. Ermənilər uçuşların 20-26 aprel tarixlərində həyata keçirildiyini yazıblar.

Qeyd edək ki, bu ilin yanvarın 25-də də Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələr cəbhə xəttində uçuşlar həyata keçirmişdi. Qırıcı təyyarələr Tərtər və Ağdam rayonlarının təmas xəttinə yaxın ərazilərində uçuşlar həyata keçirmişdi.

Dostlarınla paylaş


Şərhlər


Top