Bulvarda faciə-Qatar gənc qızı vurdu

Bulvarda faciə-Qatar gənc qızı vurdu

Dənizkənarı Milli Parkda (Bulvar) ehtiyatsızlıq üzündən bədbəxt hadisə baş verib. Bir neçə dəqiqə bundan əvvəl bulvarda gəzinti qatarı 20-25 yaşlı qızı vurub. Aznews.az-ın hadisə yerində olan əməkdaşının bildirdiyinə görə, ağır bədən xəsarətləri alan qızın vəziyyəti olduqca ağırdır. Hazırda ona ilkin tibbi yardım göstərilməsi üçün hadisə yerinə təcili yardım çağırılıb. Məsələ ilə bağlı əlavə məlumat verməyə çalışacağıq.

Dostlarınla paylaş


Şərhlər


Top