-
Sürmək üçün etibarnamə ilə “ayıq sürücü” xidmətindən istifadə etmək olar?
Ərşad Hüseynov: “Nəqliyyat vasitəsinə sahibliyi olan adam maşının içindədirsə, maşını istənilən adam idarə edə bilər” Ardını oxu
-
Cəlilabadda iki avtomobil toqquşdu: 1 ölü
Nəticədə Qulamhüseyn Əlihüseynov həyatını xilas etmək mümkün olmayıb Cəlilabad rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Cars-az xəbər verir ki, bu barədə Respublika Baş Dövlət Yol Polisi İdarəsindən teleqraf.com-a verilən məlumata görə, hadisə Ələt-Astara magistiral yolunun Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb. Rayonun Muğan kənd sakini, 80 yaşlı Qulamhüseyn Əlihüseynovun idarə etdiyi “Vaz-2107” markalı avtomobillə əks istiqamətdə hərəkətdə olan Beyləqan rayon sakinin Cavidan Muxtarova məxsus “Opel” markalı maşınla toqquşub. Nəticədə Qulamhüseyn Əlihüseynov xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Ardını oxu
-
İki qardaşı avtobusda bıçaqladılar
Faktla araşdırma aparılır Cars-az regiontv-yə istinadən xəbər verir ki, ötən gün Şamaxıda iki qardaşı bıçaqlayıblar. Səhər saatlarında sərnişin daşıyan mikroavtobusda İsmayıl və Ramil Manafov qardaşları ilə Samir adlı şəxs arasında mübahisə yaranıb. Onların mübahisəsi mikroavtobusdan düşəndən sonra da davam edib və nəticəsi ağır olub. Samir bıçağa əl atıb və hər iki qardaşa xəsarət yetirib. Daha sonra hadisə yerindən qaçıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb və dərhal əməliyyat olunublar. Onlardan İsmayılın vəziyyəti ağır qiymətləndirilir. Faktla araşdırma aparılır. Ardını oxu
-
Buzlu yolda qəza törətdi
Hadisə ilə bağlı Şəki DYPİ-də araşdırma aparılır Cars-az regiontv-yə istinadən xəbər verir ki, bu gün Şəkinin Məmməd Əmin Rəsulzadə prospektində qəza baş verib. Hadisə səhər saatlarında qeydə alınıb. Şəki sakini Tural İsmayılovun idarə etdiyi "Mercedes" markalı avtomobil yolun kənarındakı işıq dirəyinə, daha sonra isə maneəyə çırpılıb. Xoşbəxtlikdən, qəza zamanı xəsarət alan olmayıb. İlkin ehtimallara görə, qəzaya yolun sürüşkən olması səbəb olub. Hadisə ilə bağlı Şəki DYPİ-də araşdırma aparılır. Ardını oxu
Avtobusda cibgirlik edən kişi həbs edildi
Hadisə Binəqədi rayonunda baş verib Ardını oxu
Kasko sığortasında yığım azalıb, ödəniş artıb
2015-ci ilin yanvar ayında sığorta növləri arasında ən ciddi artım sərnişinlərin icbari fərdi qəza sığortasında qeydə alınıb Ardını oxu
Yevlaxda dəhşətli qəza – 4 ölü
Hadisə yerinə FHN və Təcili Tibbi Yardım əməkdaşları cəlb olunub Ardını oxu
Azərbaycan vətəndaşları dəhşətli qəzaya düşdü - ölənlər var
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır Rusiyanın Saratov vilayətində Azərbaycanın iki vətəndaşının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cars-az apa-ya istinadən məlumatına verir ki, hadisə fevralın 21-də səhər saatlarında Saratov-Tambov yolunun 118-ci kilometrliyində, Malinovka kəndi yaxınlığında qeydə alınıb. "Chevrolet Aveo" markalı avtomobillə "VAZ-2104" markalı avtomobil toqquşub. Nəticədə "VAZ-2104"-də olan iki azərbaycanlı, "Chevrolet Aveo"-da olan 5 sərnişindən 3-ü hadisə yerində dünyalarını dəyişiblər. İki nəfər sərnişin isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisəyə səbəb kimi dumanlı hava şəraiti və "Chevrolet Aveo"-nun azərbaycanlının idarə etdiyi "VAZ-2104" avtomobilinin yoluna çıxması olub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Ardını oxu