Avtobusda cibgirlik edən kişi həbs edildi

Avtobusda cibgirlik edən kişi həbs edildi

Bakının Binəqədi rayonunda cibgirlik edən şəxs həbs edilib. Bu barədə Cars-az-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumata görə, fevralın 21-də saat 12 radələrində, 155 saylı xətt avtobusunda Bakı şəhər sakinləri - Şamil Həsənovun 270 manat və şəxsi sənədlərini cibgirlik yolu ilə talayıblar. Binəqədi rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və İstintaq Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış, istintaq tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 1971-ci il təvəllüdlü Rafik Sadirbəy oğlu Şəydabəyov tutulub. Şübhəli şəxsin üzərindən üzərindən 5,41 qram marixuana aşkar olunaraq götürülüb.

Dostlarınla paylaş


Şərhlər


Top