-
Qəzada yaralanan gənc yerinə robot göndərdi
Müəllimlər isə bir robota dərs keçməkdən narazı deyil Cars-az atvxəbər-ə istinadən xəbər verir ki, Avtomobil qəzasında yaralanan gənc öz dərsə gələ bilmədi, yerinə rotobu göndərdi. ABŞ-ın Pensilvaniya ştatında yaşayan bir tələbə texnologiyanın köməyi ilə həm ali məktəbdəki davamiyyətini qoruyub, həm də dərslərdə iştirak edə bilib. Koul Frits adlı tələbə qəzada aldığı sınıq xəsarətlərinə görə kollecə gedə bilmir. Bununla belə, o internet vasitəsilə bir robotu yönləndirərək, onu öz əvəzindən sinif otaqlarına göndərir. Bu robotun vasitəsilə hansı dərsin keçildiyini, evə hansı tapşırıqların verildiyini müşahidə edən Frits beləliklə ev şəraitində dərslərini qavraya bilir. Robotun başı iki ekranlı monitordan ibarətdir. Bu monitorlarda elə Koul Fritsin öz sifəti əks olunub. Monitorların lentə aldığı görüntünü dərhal qəbul edən tələbə, bir növ canlı yayımla kollecdə baş verənləri izləyir. O hətta bu robot vasitəsilə sinif yoldaşları ilə söhbət edir, dostları ilə hal-əhval tutur. Müəllimlər isə bir robota dərs keçməkdən narazı deyil. Əgər bu robot başqa bir tələbənin elm öyrənməsinə şərait yaradırsa, niyə də olmasın. O ki, qaldı öz əvəzinə robotu dərə göndərən tələbəyə, həkimlər deyir ki, Koul Frits martın əvvələrindən etibarən dərslərdə iştirak edə biləcək. Ardını oxu
-
Üç günə 20 ölü
Dünən respublikanın yollarında 6 yol qəzası baş verib Daxili İşlər Nazirliyindən Cars-az-a verilən məlumata görə, 6 yol-nəqliyyat hadisəsi zamanı 9 nəfər ölüb, 6 nəfər yaralanıb. Qeyd edək ki, fevralın 21 və 22-də baş verən qəzalarda 11 nəfər ölüb. Son 3 gün ərzində 20 nəfər yol qəzasında dünyasını dəyişib. Ardını oxu
-
Metroda qadına qarşı cinayət
Faktla bağlı cinayət işi başlanıb Bakı metrosunda qadına qarşı cinayət hadisəsi baş verib. Cars-az teleqraf-a istinadən xəbər verir k, metro stansiyaların birində Kəmalə Əkbərovanın telefonunu oğurlanıb. Məlumata görə, Metropolitendə Polis Şöbəsi əməkdaşları tərəfindən cinayəti törədən Abşeron rayon sakini Emil Əliyev tutulub. Faktla bağlı cinayət işi başlanıb. Ardını oxu
-
Avtomobilində silahla gəzən həbs edildi
Sərxan Məmmədov avtomobili ilə birlikdə saxlanılıb Qazax rayonunda silah tapılması istiqamətində əməliyyat keçirilib. Cars-az teleqraf-a istinadən xəbər verir ki, Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Sərxan Məmmədovun idarə etdiyi “BMW” markalı avtomobili ilə birlikdə saxlanılıb. Onun avtomobilindən pnevmatik tapança aşkar edilərək götürülüb. Bundan əlavə, Babək rayonunun Aşağı Buzqov kənd sakini Sadıx Həsənov tapdığı “AKM” markalı silahı könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib. Ardını oxu
Həyatla ölüm arasında velosiped sürdü
Rumıniyalı bu hərəkəti o qədər təkrarlayıb ki, artıq hündürlükdə ən təhlükəli performansları sərgiləyən insandır Həyatla ölümün sərhədində bir təkərli velosiped sürdü. Rumıniyalı Flaviu Çerneskunun son çıxışını başqa sözlə ifadə etmək bir az çətindir. Onun heç bir təhlükəsizlik tədbiri görmədən velosiped sürdüyü yolun bir tərəfi 166 metr dərinliyi olan uçurum, bir tərəfi isə insanların sərbəst hərəkət etdiyi asfaltdır. Cars-az atvxəbər-ə istinadən bildirir ki, 31 yaşlı Flaviu hər zaman öz qeyri- adi və təhlükəli şouları ilə gündəmə gəlib və öz cəsarəti ilə dünya şöhrəti qazanıb. Amma bu dəfə o, bu günə qədər sərgilədiyi hərəkətlərdən daha təhlükəlisini gerçəklləşdirib. Ölkənin ən hündür su anbarının hüdudlarında bir təkərli velopised sürməyə qərar verən gəncin məşqi də izləyənləri vahimələndirməyə kifayət edir. Uçurumdan yıxılacağı təqdirdə, Çerneskunu ölümdən heç nə xilas etməyəcəkdi. O isə bu təhlükəyə baxmayaraq, uçurumun sıfır nöqtəsində kəndirbaz kimi kürələrlə oynayıb. Daha sonra birtəkərli velosipedlə incə körpü üzərində gəzməyə başlayan Çernesku ölüm təhlükəli hərəkəti uğurla başa vura bilib. Maraqlısı isə odur ki, Flaviu Çernesku əslində hər zaman hündürlükdən qorxub. O bu qorxuya qalib gəlmək üçün hündür məkanlara çıxıb. Rumıniyalı bu hərəkəti o qədər təkrarlayıb ki, artıq hündürlükdə ən təhlükəli performansları sərgiləyən insandır. Ardını oxu
Avtobusda sürücünün pulunu oğurladılar
12 manat oğurlamış Sumqayıt şəhər sakini Rüstəm Quliyev tutulub Abşeron rayon sakini Ə.Məmmədovun idarə etdiyi avtobusdan pul oğurlamış şəxs tutulub. Cars-az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 23-də Abşeron rayon sakini Ələddin Məmmədovun idarə etdiyi “Daewoo” markalı xətt avtobusundan 12 manat oğurlamış Sumqayıt şəhər sakini Rüstəm Quliyev tutulub. Ardını oxu
Gəncədə ağır yol qəzası: 1 ölü
Faktla bağlı araşdırma aparılır Gəncə şəhərində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Cars-az-a verilən məlumata görə, hadisə Gəncə-Samux yolunda qeydə alınıb. Məlumata görə, Gəncə şəhər sakini, 25 yaşlı Elvin Həsənov idarə etdiyi “VAZ-2105” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 52 yaşlı Natiq Mirzəyevi vurub. Ağır xəsarət alan piyada Gəncə şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. Ardını oxu
Metrodan xoş olmayan xəbər
“28 may” metronunun əsas girişinin istifadəsi 3 il gecikə bilər Ardını oxu