-
Sabaha olan hava – PROQNOZU
14 dərəcə isti olacaq Ardını oxu
-
Sürücüyə hökm oxundu
Nurəddin Baxışov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib Ardını oxu
-
Moskvada fahişələrə görə atışma
“Avtomobillərin sərnişinləri qız seçirdilər” Cars-az xəbər verir ki, Podmoskovye (Rusiya) şossesində baş verən atışma nəticəsində bir nəfər həlak olub, səbəb isə fahişələrə görə yaranan münaqişə olub, “İnterfaks” hüquq-mühafizə orqanlarında olan mənbəyə istinadən xəbər verib. Agentliyin məlumatına əsasən maşının atəşə tutulması hadisəsi fahişələrin “yerində” baş verib. “Atışma BMW, “Infiniti” və markası müəyyənləşdirilməyən maşın orada olduğu zaman baş verib. Avtomobillərin sərnişinləri qız seçirdilər. Gözlənilmədən atışma başladı”, - məlumatda deyilir. Daha öncə isə Podmoskovyedə Qorkov şossesinin 84-cü kilometrliyində, naməlum şəxslər içində iki nəfər sərnişin olan avtomobili atəşə tutublar. Bir nəfər həlak olub, digəri isə ayağından aldığı yara ilə xəstəxanaya yatırılıb. Ardını oxu
-
Avtobusda əlbəyaxa dava
Dava avtobusun təhlükəsizlik kamerasına əks olunub Türkiyənin Adana şəhərində avtobusda dava düşüb. Cars-az Türkiyə kiv-nə istinadən xəbər verir ki, avtobus sürücüsü əlil sərnişinin kartını yoxlamaq istədikdə qiyamət qopub. Şifahi olaraq başlayan mübahisə, avtobus sürücüsü sükan arxasından qalxaraq ayağa qalxmasıyla əlbəyaxa davaya çevrilib. Həmin anlar avtobusun təhlükəsizlik kamerasına da əks olundu. Ardını oxu
Bakının tarixi yolu yenidən qurulur
Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhəd yolu əsaslı təmir olunacaq Cars-az xəbər verir ki, Azərbaycan Beynəlxalq əhəmiyyətinə görə fərqlənən Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhəd yolu əsaslı təmir olunacaq. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin anspress-ə verilən məlumata görə, tikinti işlərinin intensiv və keyfiyyətli aparılması məqsədilə magistral ayrı-ayrı hissələrə bölünüb. “Ölkə başçısı İlham Əliyevin rəhbərliyə başladığı vaxtdan etibarən magistralın Bakı-Ələt hissəsinin 2-14, 22-69-cu kilometrlik sahələrində işlər yekunlaşıb. Ələt-Hacıqabul, Hacıqabul-Kürdəmir, Kürdəmir dairəvi, Kürdəmir-Ucar, Ucar-Yexlax, Yevlax-Gəncə, Gəncə dairəvi, Gəncə-Qazax, Tovuz dairəvi, Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissələri yenidənqurulub”, - deyə Pünhan Mürsəliyev bildirib. Onun sözlərinə görə, hazırda Hacıqabul-Kürdəmir, Kürdəmir-Ucar-Yevlax hissələrinin əlavə 2 hərəkət zolağı tikilməklə 1-ci texniki dərəcəli 4 zolaqlı yol standartlarına çatdırılması işləri davam etdirilir. Qeyd edək ki, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsi Bakıdan Gürcüstan sərhədinədək 513 kilometr məsafəni əhatə edir. Ardını oxu
Xınalıq yolu açıldı
Ucqar dağ kəndlərində elektrik enerjisinin verilişində və rabitə əlaqəsində də hər hansı ciddi problem qeydə alınmayıb Cars-az regiontv-yə istinadən xəbər verir ki, qar uçqunu səbəbindən üç gündür ki, bağlı olan Quba-İspik-Xınalıq yolunda fevralın 24-ü gecə saatlarından başlayaraq avtomobillərin hərəkəti bərpa edilib. Fevralın 22-si gecə saatlarında baş verən qar uçqunu Quba-İspik-Xınalıq yolunun 35-ci kilometrliyində qeydə alınmışdı. Əraziyə tökülən qar təbəqəsinin çoxluğu, eyni zamanda, həmin ərazidə texnikanın işləməsinin olduqca çətin olması yolun qardan təmizlənməsinə problemlər yaradırdı. Buna baxmayaraq, yol istismar idarəsinin işçiləri nəqliyyat əlaqəsi kəsilən Xınalıq, Qala Xudat, Bostankeş, Cek, Əlik və Atuc kəndlərinə avtomobillərin sərbəst hərəkətini təmin edə biliblər. Quba Rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov məlumat verib ki, qar uçqunu nəticəsində nəqliyyat əlaqəsi kəsilən kəndlərdə hər hansı fövqəladə hal yaşanmayıb. “Yerli sakinlər təbiətin bu şıltaqlığına hazır olduqlarından vacib qış tədarükünü əvvəlcədən həyata keçirirlər. Kəndlərdə kifayət qədər ictimai iaşə obyektləri fəaliyyət göstərir. Ucqar dağ kəndlərində elektrik enerjisinin verilişində və rabitə əlaqəsində də hər hansı ciddi problem qeydə alınmayıb”, - deyə Y.Abidov bildirib. Ardını oxu
Bu gecə bu yola çıxmayın
Bakının Heydər Əliyev prospekti ilə kəsişən küçələrdən birində hərəkət məhdudlaşdırılacaq Cars-az xəbər verir ki, Bu barədə trend-in sorğusuna cavab olaraq Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib. Onun sözlərinə görə, bu gün saat 21:00-dan etibarən paytaxın Yusif Səfərov küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Buna səbəb həmin küçədə üfqi nişanlama (xətləmə) işlərinin aparılmasıdır: “Birinci mərhələdə Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən şəhər istiqamətində, ikinci mərhələdə isə şəhər tərəfdən Heydər Əliyev prospekti istiqamətində hərəkət məhdudlaşdırılacaq”. P.Mürsəliyev qeyd edib ki, işlərin gecə saat 5-6 radələrində başa çatdırılması planlaşdırılır. Ardını oxu
Sərnişin avtobusu qəza törətdi
Qəza nəticəsində avtobusun ön şüşələri və güzgüsü qırılıb Cars-az xəbər verir ki, bu gün səhər saatarında Bakıdan Müşfiqabad qəsəbəsinə gedən 114 saylı avtobus qəzaya uğrayıb. Bu barədə avtobusun tabe olduğu şirkətin rəhbərliyindən məlumat verilib. Verilən məlumata görə, Bakı-Şamaxı yolunun 14-cü kilometrliyində, qəsəbə yaxınlığında 114 saylı, “Daewoo” markalı 10 TY 091 nömrəli avtobus qarşıda gedən “KamAZ” markalı avtobusa çırpılıb. Bildirilir ki, “KamAZ” kabel aparırmış. Maşın qəfil yolun ortasında dayanıb. Avtobus sürücüsü də maşını saxlaya bilməyib. Qəza nəticəsində avtobusun ön şüşələri və güzgüsü qırılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı Bakı şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Ardını oxu