Ər-arvadı maşın vurdu; qadın öldü

Ər-arvadı maşın vurdu; qadın öldü

Qazax rayonunun Aslanbəyli kəndində yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Cars-az-a verilən məlumata görə, hadisə fevralın 24-də saat 20 radələrində qeydə alınıb. Rayon sakini Savad Xəlilov idarə etdiyi “Mercedes” markalı avtomobillə kənd sakini Nəsrəddin Vəliyevi və onun arvadı Məmləkət Vəliyevanı vurub. Nəticədə M.Vəliyeva hadisə yerində ölüb, N.Vəliyev xəstəxanaya yerləşdirilib.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top