04.11.2015
Qəzalar
Piyadanı vuran sürücü hadisə yerindən qaçdı
Sabirabad rayonunda yol nəqliyyat hadisəsi baş verib. Cars-az xəbər verir ki, bu barədə teleqraf-a Sabirabad rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, hadisə rayonun Qaratəpə kəndində qeydə alınıb. Müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini Səxavət Ağasov vurulub. Piyada xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisəni törədərək hadisə yerindən qaçan sürücünün müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.