04.11.2015
Qəzalar
Yevlaxda qəzada ölənlərin adları açıqlandı
Yevlax rayonunun Aran qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı həlak olanların adları açıqlanıb. Cars-az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, fevralın 23-də saat 11 radələrində Yevlax rayonunun Aran qəsəbəsində Bərdə rayon sakini Vilayət Qədirovun idarə etdiyi “Toyota” və Şəki rayon sakini Nüsrət Səmədovun “Amico” markalı avtomobillər toqquşub. Nəticədə Vilayət Qədirov və sərnişinləri, Bərdə rayon sakini Sevil Qədirova, Bakı şəhər sakinləri Zahirə Rəşidova və Şahin Ağayev hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.