Gəncədə ağır yol qəzası: 1 ölü

Gəncədə ağır yol qəzası: 1 ölü

Gəncə şəhərində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Cars-az-a verilən məlumata görə, hadisə Gəncə-Samux yolunda qeydə alınıb. Məlumata görə, Gəncə şəhər sakini, 25 yaşlı Elvin Həsənov idarə etdiyi “VAZ-2105” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 52 yaşlı Natiq Mirzəyevi vurub. Ağır xəsarət alan piyada Gəncə şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top