Abşeronda baş verən qəzada sürücü öldü

Abşeronda baş verən qəzada sürücü öldü

Abşeronda baş verən qəzada sürücü öldü

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Cars-az xəbər verir ki, bu barədə teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Bakı şəhər sakini Kamil Quliyev idarə etdiyi “Lexus” markalı avtomobili aşırıb. Sürücü hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib. Daha bir yol qəzası Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Ağakərim Ağamalıyev idarə etdiyi “Ford Tranzit” markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini Əflatun Səlimovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top