Buzlu yolda qəza törətdi

Buzlu yolda qəza törətdi

Cars-az regiontv-yə istinadən xəbər verir ki, bu gün Şəkinin Məmməd Əmin Rəsulzadə prospektində qəza baş verib. Hadisə səhər saatlarında qeydə alınıb. Şəki sakini Tural İsmayılovun idarə etdiyi "Mercedes" markalı avtomobil yolun kənarındakı işıq dirəyinə, daha sonra isə maneəyə çırpılıb. Xoşbəxtlikdən, qəza zamanı xəsarət alan olmayıb. İlkin ehtimallara görə, qəzaya yolun sürüşkən olması səbəb olub. Hadisə ilə bağlı Şəki DYPİ-də araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top