04.11.2015
Qəzalar
Yevlaxda dəhşətli qəza – 4 ölü
Yevlax rayonu ərazisində dəhşətli yol qəzası baş verib. Avtsofer.az “qafqazinfo”-ya istinadən xəbə verir ki, rayonun Aran qəsəbəsi ərazisində eyni istiqamətdə hərəkətdə olan “Toyota Rav 4” markalı minik maşını MAN markalı yük maşınına çırpılıb. Yüksək sürətlə hərəkətdə olan minik maşınında olan 4 nəfər – 1 qadın, 3 kişi hadisə yerində həlak olub. Yük maşının arxasına çırpılan minik maşınındakı şəxslərin meyitləri zərbənin təsirindən maşından çıxaraq ətrafa səpələnib.
Hadisə yerinə FHN və Təcili Tibbi Yardım əməkdaşları cəlb olunub.