04.11.2015
Qəzalar
Bakıda avtobus qəzası: ata öldü, oğlu yaralandı
Bakıda sərnişin avtobusun törədiyi qəzada bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb. Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bülbülə qəsəbəsində qeydə alınıb. 1987-ci il təvəllüdlü Rauf Sabir oğlu Yusifovun idarə etdiyi “VAZ 21-07” markalı avtomobillə , 184 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu toqquşub. Qəza zamanı “VAZ 21-07” markalı avtomobildə olan 1956-cı il təvəllüdlü sərnişin, sürücünün atası Sabir Abdulla oğlu Yusifov hadisə yerində ölüb, sürücü isə ağır bədən xəsarətlə ilə xəstəxanaya yerləşdirilib.