Xaçmazda “Qaz 24” ağaca girdi

Xaçmazda “Qaz 24” ağaca girdi

Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunun Xaçmaz rayonunun Arzu qəsəbəsi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. Cars-az-ın APA-ya istinadən verdiyi məlumata görə, Quba istiqamətində hərəkətdə olan, 1980-ci il təvəllüdlü Şirvan rayon sakini Vəkalət Hüseynovun idarə etdiyi 99 GO 716 dövlət nömrə nişanlı “Qaz 24” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı avtomobil yararsız vəziyyətə düşsə də, xəsarət alan olmayıb. Qəzaya yolun sürüşkən olmasının səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır

Dostlarınla paylaş


Şərhlər


Top