04.11.2015
Qəzalar
Səfirlik maşını qəzaya düşdü, yaralılar var
Cars-az xəbər verir ki, bu gün günorta saatlarında Bakının Səbail rayonu ərazisində səfirlik maşını qəzaya uğrayıb. Səbail Rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, hadisə Puşkin küçəsində qeydə alınıb. "İnfiniti" markalı avtomobillə "Toyota" markalı, Türkiyə səfirliyinə aid avtomobil toqquşub. Qəza nəticəsində hər iki avtomobil ciddi şəkildə əzilib. Bundan başqa, avtomobildə olan səfirlik işçiləri xəsarət alıblar. Bildirilir ki, 2 nəfər yaralanıb. Faktla bağlı araşdırma aparılır.