Gəncədə iki avtomobil toqquşub

Gəncədə iki avtomobil toqquşub

Cars-az regiontv-yə istinadən xəbər verir ki, Gəncədə yol qəzası baş verib. Hadisə Mirzə Abbas Abbaszadə və Əttarlar küçəsinin kəsişməsində qeydə alınıb. 44 yaşlı Şahin Hacıyevin idarə etdiyi “VAZ 2106” markalı avtomobillə 32 yaşlı Asəf Hacıyevin idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Əraziyə polis əməkdaşları cəlb ediliblər. Hadisənin hansı səbəblərdən baş verdiyi aparılacaq araşdırmalardan sonra bəlli olacaq. Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top