Abramov qəza törətdi: 3 nəfər yaralandı

Abramov qəza törətdi: 3 nəfər yaralandı

İsmayıllıda Azərbaycan və Rusiya vətəndaşlarının avtomobillərinin toqquşması nəticəsində 3 nəfər yaralanıb. Cars-az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən trend-ə verilən məlumata görə, fevralın 19-da saat 06 radələrində İsmayıllı rayonu ərazisində Sumqayıt şəhər sakini Elnur Qəhrəmanovun idarə etdiyi “Hyundai” və Rusiya Federasiyası vətəndaşı Rafik Abramovun idarə etdiyi “Ksoy” markalı avtomobillər toqquşub. R.Abramov və 2 sərnişini xəstəxanaya yerləşdirilib. Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top