Bakıda zəncirvari qəza

Bakıda zəncirvari qəza

Gecə saatlarında paytaxtın Yasamal rayonu Mətbuat prospektində zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Cars-az apa-ya istinadən məlumat verir ki, ”Mercedes” markalı avtomobilin sürücüsü üzü Mətbuat-Müşviq dairəsi istiqamətində yüksək sürətlə hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi qarşısında hərəkətdə olan “Volkswagen”ə, o da öz növbəsində xanım sürücünün sükanı arxasında olduğu "Hyundai" markalı avtomaşına çırpılıb. Baş verən qəzada xəsarət alan olmasa da hər 3 avtomobilə ciddi ziyan dəyib. Qəzadan sonra prospektdə tıxac da yaranıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Dostlarınla paylaş


Şərhlər


Top