04.11.2015
Qəzalar
Mingəçevirdə iki avtomobil toqquşdu
Hadisə Nəriman Nərimanov prospektində qeydə alınıb. Cars-az kəpəztv-yə istinadən xəbər verir ki, Mingəçevir şəhər sakini İxtiyar Əhmədovun idarə etdiyi “Mersedes” markalı avtomobillə Pərviz Ələkbərovun idarə etdiyi “Toyota” markalı avtomobil toqquşub. Qəza zamanı sürücülər yüngül xəsarət alsa da, avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.