04.11.2015
Qəzalar
“Muravey”i dartan “Muravey” aşdı, sürücüsü öldü
Astara şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. Cars-az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, fevralın 19-da saat 11 radələrində Astara şəhərində şəhər sakini Akif Mirzəyev idarə etdiyi “Muravey” markalı motosikletlə həmyerlisi Eldəniz İsmayılova məxsus “Muravey” markalı motosikleti yedəkdə təmirə apararkən ip qırıldığından E.İsmayılovun motosikleti aşıb. Nəticədə E.İsmayılov hadisə yerində ölüb. Faktla bağlı Astara rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Fidan