04.11.2015
Qəzalar
Ağır qəza: ölən və yaralananlar var
Fevralın 20-də saat 22 radələrində Qazaxda ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyindən Cars-az-a verilən məlumata görə, rayonunun Daş Salahlı kəndində kənd sakini İlqar Hacıyev idarə etdiyi “BMW” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
Fidan